Böyük Britaniya baş naziri Boris Consonun bacısı, jurnalist Reyçel Sabiha Conson (56) Britaniyanın "Times" qəzeti üçün məqalə yazıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Reyçel Conson bu yazısında Kanal 5-də əcdadlarının araşdırıldığı “1000 illik köləlik” proqramında çərkəz babasının nənəsi Hənifə Fəridə ilə bağlı ağrılı bir həqiqəti öyrəndiyini bildirib. Jurnalist Conson bunları deyib: “Hənifə Fəridə 1800-cü illərin ikinci yarısında çərkəzlərin ruslar tərəfindən Qafqaza sürgün edilməsi səbəbindən İstanbula köçüb. Ulu nənəmiz Hənifə Fəridə ağ köləliyin (cinsi köləlik) qurbanı olub və hələ o, 13 yaşında ikən atası tərəfindən İstanbulda varlı tacir olan 43 yaşlı Əhməd Həmdiyə satılıb. Bu faktı öyrənəndən sonra sənədli çəkiliş qrupu mənim ağlamamı gözləyib. Amma bu ağ köləlik məsələsinə üzülmədim, sadəcə çox fikirli idim. Çünki düşünürdüm ki, Hənifə Fəridənin atasının heyran olduğu bir tacirlə evlənməsi ona Qara dəniz sahilindəki kasıb bir kənddə qalmaqdan daha yaxşı həyat şansı verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB