Livanın informasiya naziri Corc Kardahinin Yəmənlə bağlı Ər-Riyad administrasiyasını tənqid edən açıqlamaları səbəbindən “səfir böhranı” artmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bəhreyn Səudiyyə Ərəbistanından sonra Livan səfirinin ölkəsinə qaytarılmasını tələb edən ikinci Körfəz ölkəsi olub. Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Livan səlahiyyətlilərinin qəbuledilməz və mənfi münasibət və açıqlamalarına görə Livan səfiri Milad Hanna Nemmurdanın 48 saat ərzində ölkəni tərk etməsinin istəndiyi bildirilib. Bəyanatda qeyd olunub ki, sözügedən qərar Bəhreyndə yaşayan livanlılara təsir etməyəcək.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə