Rəqiblər bir-birinə atəş açdı

Panamada gecə klubunda keçirilən tədbir zamanı silahlı qarşıdurma yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəqib dəstələr arasında baş verən qarşıdurmada 5 dəstə üzvü həyatını itirib, 6-sı yaralanıb. Hadisə yerinə çox sayda polis qrupları cəlb edilərkən, 2 nəfər nəzarətə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə