Ərdoğan və Baydenin Qlazqoda görüşü baş tuta bilər

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ prezidenti Co Baydenin Qlazqoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsini gözlədiyini bildirib və “Hazırda bunu təsdiq edə bilmərəm amma indiki gözlənti budur” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Baydeni Avropa səfərində müşayiət edəcək Sullivan Baydenin təyyarəsində jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan və Baydenin Qlazqoda görüşüb-görüşməyəcəyi sualına Sullivan “Bayden və Ərdoğanın Qlazqoda görüşəcəyini gözləyirəm” cavabını verib. Türkiyənin ABŞ-dan F-16 tələbinə yanaşması ilə bağlı Sullivan, "Ölkələrin necə döyüş təyyarələri alacağı ilə bağlı uzun illərdir həyata keçirilən bir proses var. Türkiyə indi bu prosesin içindədir və proses davam edəcək. Mən hələlik bundan başqa bir şey deyə bilmərəm”-deyə cavab verib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə