Merkel daha Almaniya kansleri deyil?

Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi

Angela Merkelə rəsmi olaraq Almaniyanın kansleri postundakı səlahiyyətlərinin bitməsiylə bağlı bildiriş təqdim olunub.

SİA-nın məlumatına görə, sənədi ölkə prezidenti Frank-Valter Ştaynmayer təqdim edib. Artıq Angela Merkel rəsmi olaraq xələfi seçilənədək kansler vəzifələrini icra edəcək.

Almaniyanın kansleri postuna ən real namizəd kimi Sosial-Demokrat partiyasının lidero Olaf Şolts göstərilir. Onun rəhbərlik etdiyi partiya sentyab ayında baştutçuş seçkilərdə 25,7%-lə qalib gəlmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə