“Delta” ştammının təhlükəli növü... Britaniyada

Böyük Britaniyada daha yoluxucu koronavirus növü yayılıb.

SİA-nın məlumatına görə, bu barədə Kembricin Senqer İnstitutunun alimi Jeffri Barrett və London Universitetnin mütəxəssisi Fransua Ballu açıqlama verib.

Mütəxəssislərin “AY.4.2” adlandırdıqları variant “Delta” ştammının növü hesab edilir.

Bildirilib ki, bu növün infeksiyaya yoluxdurma gücü 10-15% artıqdır.

Tədqiqatçıların fikrincə, “AY.4.2” ilə bağlı ilkin məlumatlar təsdiqlənərsə, pandemiya başlayandan bəri ən təhlükəli virus növü kimi qeydə alınacaq.

Alimlər qeyd edib ki, hazırda yeni növün kütləvi şəkildə yayılma təhlükəsi yoxdur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə