Qətldə ittiham olunan həyat yoldaşı ölkədən qaçarkən saxlanılıb

Keniyalı atlet Aqnes Tiropun ölümündə şübhəli bilinən həyat yoldaşı İbrahim Kipkemoi Rotiç ölkədən qaçmağa cəhd göstərərkən saxlanılıb. SİA xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb. O, məişət münaqişəsi zəminində dünya rekordçusu idmançının qətlində ittiham edilib.

Qeyd edək ki, atlet qarın və boyun nahiyəsində bıçaq zərbələri ilə evində ölü tapılıb. Onun bir müddət öncə əri ilə ayrılaraq, valideynlərinin evində yaşadığı, daim həyat yoldaşı tərəfindən təhdid edildiyi bildirilib.

Xatırladaq ki, Tirop qadınlar arasında 10 min metr məsafəyə qaçış üzrə dünya rekorduna sahibdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə