Buzlaqlarda 1300 illik xizək tapılıb

Norveçin qərbindəki Digervarden buz yamacında 2014-cü ildə tapılan xizək taxtasının ardından ikinci bir xizək taxtası daha tapılıb. Buzun sirləri proqramının arxeoloqları tapıntıları "İnanılmaz bir kəşf etdik" sözləri ilə elan ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xizək taxtası 1300 illikdir. Tapılan xizək lövhəsinin tarixin ən qədim və ən yaxşı qorunan xizək taxtası olduğu bildirilir.

​Məlumata görə bölgədə ilk xizək taxtası arxeoloqlar tərəfindən 2014 -cü ildə, digərləri isə 7 il sonra tapılıb. Kəşflə bağlı nəşr olunan məqalədə tapılan xizək taxtasının 187 santimetr uzunluğunda və 17 santimetr enində olduğu paylaşılıb. Digər tərəfdən, son kəşfin 2014 -cü ildə tapılandan 17 santimetr uzun və 2 santimetr daha geniş olduğu bildirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə