Norveçin qərbindəki Digervarden buz yamacında 2014-cü ildə tapılan xizək taxtasının ardından ikinci bir xizək taxtası daha tapılıb. Buzun sirləri proqramının arxeoloqları tapıntıları "İnanılmaz bir kəşf etdik" sözləri ilə elan ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xizək taxtası 1300 illikdir. Tapılan xizək lövhəsinin tarixin ən qədim və ən yaxşı qorunan xizək taxtası olduğu bildirilir.
Məlumata görə bölgədə ilk xizək taxtası arxeoloqlar tərəfindən 2014 -cü ildə, digərləri isə 7 il sonra tapılıb. Kəşflə bağlı nəşr olunan məqalədə tapılan xizək taxtasının 187 santimetr uzunluğunda və 17 santimetr enində olduğu paylaşılıb. Digər tərəfdən, son kəşfin 2014 -cü ildə tapılandan 17 santimetr uzun və 2 santimetr daha geniş olduğu bildirilib.
Ayşən Vəli