Hindistanın paytaxtı Yeni Delhidə 4 mərtəbəli binanın çökməsi nəticəsində xeyli insan dağıntı altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis səlahiyyətliləri, Yeni Dehlinin Malkaqanj rayonunda tikilməkdə olan 4 mərtəbəli bir binanın çökdüyünü bildirib. Dağıntılar altında sağ qalanlar var. Binanın çökməsi nəticəsində dağıntılar altında əsasən işçilər qalıb. Səlahiyyətlilər, bölgəyə axtarış -xilasetmə qruplarının göndərildiyini qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə