Hindistanın paytaxtında faciə

13 Sentyabr 2021 17:01 (UTC+04:00)

Hindistanın paytaxtı Yeni Delhidə 4 mərtəbəli binanın çökməsi nəticəsində xeyli insan dağıntı altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis səlahiyyətliləri, Yeni Dehlinin Malkaqanj rayonunda tikilməkdə olan 4 mərtəbəli bir binanın çökdüyünü bildirib. Dağıntılar altında sağ qalanlar var. Binanın çökməsi nəticəsində dağıntılar altında əsasən işçilər qalıb. Səlahiyyətlilər, bölgəyə axtarış -xilasetmə qruplarının göndərildiyini qeyd edib.