Sel fəlakəti zamanı partlayış

ABŞ-ın Nyu Cersey əyalətində təsirli olan İda qasırğası nəticəsində meydana gələn sel fəlakəti zamanı bir evdə partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada, Rahvay qəsəbəsindəki evin partlayış zamanı boş olduğu və evin sakinlərinin partlayışdan 4 saat əvvəl daşqın səbəbi ilə evakuasiya edildiyi ifadə edilib. ABŞ mətbuatındakı xəbərlərdə, partlayış əsnasında evin yanından keçən bir adamın yüngül yaralandığı bildirilib. Sözügedən evdə baş verən partlayışın səbəbi hələ bilinməsə də, partlayış anı yolun kənarında yerləşən başqa bir evin qapı kamerası tərəfindən hər an qeydə alınıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...