ABŞ-ın Kaliforniya ştatında güclü küləklər və yüksək temperatur, alov tornadoları meydana gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbii fəlakət Kaliforniya Yanğın İdarəsi tərəfindən qeydə alınıb.
Dünyada təsirini artıran istilik özünü hiss edirməkdə davam edir. ABŞ-ın Kaliforniya əyalətinin şimalında, həddindən artıq istilər səbəbindən meşə yanğınında yanğın xortumu meydana gəlib.
1.66 milyon hektar ərazi yanaraq külə dönüb.
Yüksək küləklər, aşağı rütubət və mövsümi normaların üstündəki yüksək temperatur səbəbilə söndürülə bilməyən sürətlə böyüyən meşə yanğınlarında bu il 1.66 milyon akr ərazinin yandığı açıqlandı.
Təxliyə xəbərdarlıqları verilib.
Səlahiyyətlilər El Dorado və Riverside bölgələrində yeni meşə yanğınlarının başladığını və sakinlərin təxliyə edilməsi üçün xəbərdarlıq edildiyini söyləyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə