1500 nəfəri Kabildən təxliyə edib

Əfqanıstandan Fransaya köçürülən və daha sonra Talibanla əlaqəsi olduğu şübhəsi ilə saxlanılan əfqan qaçqın Əhməd M barəsində edilən yoxlama qərarına əməl etmədiyi üçün həbs cəzasına məhkum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Talibanla əlaqədə olduğu şübhəsi ilə nəzarət altında saxlanılan, lakin həbs qətimkan tədbirini pozduğu üçün saxlanılan Əhməd paytaxt Parisdə hakim qarşısına çıxıb. Hakim Əhməd barəsində "inzibati nəzarət tədbiri" ni pozduğuna görə 10 ay şərti cəza verib. Əfqanıstandan təxliyə uçuşunda ailəsi ilə birlikdə Fransaya gələn M. Əhməd 23 avqustda ailəsi ilə birlikdə Talibanla əlaqəli olmaqda şübhəli bilinərək saxlanılıb.

Əhmədin Fransanın Kabildəki səfirliyinin boşaldılmasında böyük köməkçi olduğu bildirilir.

Fransa indiyə qədər əksəriyyəti əfqan olan 1500 nəfəri Kabildən təxliyə edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə