Hadisədə xəsarət və radioaktiv maddə sızıntısı olmayıb

Yaponiyanın Shizuoka əyalətindəki Hamaoka elektrik stansiyasında yerli vaxtla saat 05:15 radələrində yanğın həyəcan siqnalı çalınıb. Elektrik stansiyasının operatoru Çuden, 5 nömrəli reaktor turbininin yerləşdiyi binada tüstü göründüyünü açıqlayıb. Hadisədən sonra, yanğınsöndürmə idarələri elektrik stansiyasına göndərilərkən, Çuden hadisədə xəsarət və radioaktiv maddə sızıntısının aşkar edilmədiyini bildirib. Eyni reaktorda keçən həftə elektrik kabelindən qısa müddətli yanğın çıxdığı qeyd edilib. Paytaxt Tokiodan 200 kilometr cənub-qərbdə yerləşən elektrik stansiyası Sakit Okean sahilindəki Omaezaki qəsəbəsində yerləşir. 2011-ci ilin martında Fukusima zəlzələsi və sonrakı sunamidən sonra Hamaoka elektrik stansiyasının fəaliyyəti dayandırılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə