Quraqlıq və küləyin təsirindən alovlar yüzlərlə hektarı sahəni yandırıb

Fransanın cənubundakı A57 magistral yolunun Konfaron qəsəbəsi yaxınlığında naməlum səbəbdən axşam saatlarında yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, quraqlıq və küləyin təsirindən alov yüzlərlə hektar sahəni yandırıb.

Vilayət rəhbərliyindən edilən şərhdə yanğınsöndürənlərin yanğını söndürmək üçün yola çıxdıqları bildirilib. Açıqlamada bölgəyə 430 yanğınsöndürən, 9 yanğınsöndürmə təyyarəsi və 4 helikopterin göndərildiyi və ətraf bölgələrdən 240 xilasetmə qrupunun yola çıxdığı bildirilib.

Açıqlamada həmçinin, gün ərzində Marsel meşələrində baş verən kiçikmiqyaslı yanğınların komandaların müdaxiləsi ilə söndürüldüyü qeyd edilib.

Daxili işlər naziri Gerald Darmanin Twitter hesabından etdiyi açıqlamada yanğının geniş miqyaslı olduğunu və hələ də davam etdiyini və 650 yanğınsöndürənin yanğını söndürmək üçün hərəkətə keçdiyini bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə