Meşəlik ərazidə yanğın baş verib

Türkiyənin Çeşmə Karareis yolu boyunca meşəlik ərazidə bu gün saat 07.30 radələrində yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüksələn dumanları görən vətəndaşlar vəziyyəti rəsmilərə bildirib.

Bundan sonra əraziyə çox sayda meşə işçisi ilə 3 helikopter göndərilib.

Yanğına havadan və yerdən müdaxilə edilərkən, küləyin söndürmə işlərinə pis təsir etdiyi bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə