Yanğın üçün əl-ələ verdilər

Yanğınlardan sonra hər kəs ətraf mühit barədə məlumatlandı. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün tətil edənlər, biznesmenlər, yerli əhali və jandarma Bodrum-Göltürkbüküdə toplaşaraq yanğına səbəb olan şüşə və plastik qırıntıları topladı.

Təmizləyənlər arasında aktyor Bəkir Aksoyun həyat yoldaşı Nazife Oğlakçıoğlu və körpəsi Asil də vardı. Aksoy, “Axı hamımız burada yaşayırıq. Sevgi və hörmət çərçivəsində əl-ələ verərək bir araya gəldik", deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə