Olimpiya oyunlarının keçirilməsinə cəlb olunanlar arasında koronavirusa yoluxanların ümumi sayı 353-ə çatıb

Son 24 saat ərzində "Tokio-2020" Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 31 nəfərdə koronavirus aşkarlanıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Tokio-2020"nin təşkilat Komitəsinin saytında deyilir.

Məlumata əsasən, yoluxanlardan biri Yunanıstanlı idmançıdır.

Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxma hallarının ümumi sayı 353-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...