ABŞ rus diplomatlarını ölkədən xaric etdi

Rusiyanın ABŞ-dakı səfiri Anatoni Antonov, ABŞ rəhbərliyindən sentyabrın 3-dək ölkəni tərk etməli olan 24 rus diplomatının siyahısını aldıqlarını bildirib. SİA xəbər verir ki, Antonov “National Interest”ə verdiyi açıqlamada, ABŞ Prezidenti Co Baydenin Rusiya ilə sabit və proqnozlaşdırıla bilən əlaqələr qurmalı olduqlarını söyləməsinə baxmayaraq, ABŞ-dakı rus diplomatlarının məhdudiyyətlər altında işləmək məcburiyyətində olduqlarını qeyd edib: "3 sentyabr 2021-ci ilə qədər ölkəni tərk etməsi gözlənilən 24 diplomatın siyahısını aldıq. Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, hamısı tez bir zamanda ölkəni tərk edəcək. Nəticədə 60-a yaxın həmkarım, 130 nəfər ailə üzvləri, qəfil humanitar vəziyyətlərdə belə ölkələrinə qayıda bilməzlər”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...