Rusiya Əfqanıstana müdaxilə edir?

Rusiya Qırğızıstandakı hərbi bazasında Su-25 təyyarələrini Tacikistana yerləşdirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya və Tacikistanın Taliban hərəkatının irəlilədiyi Əfqanıstanla sərhəddə təlimlər keçirməyi planlaşdırır.
Rusiya Mərkəzi Hərbi Dairəsi rəsmiləri, normal olaraq Qırğızıstanda yerləşən bir qrup Su-25 təyyarəsinin avqust ayında keçiriləcək təlimlər üçün Tacikistana göndərildiyini qeyd etdilər.
Tacikistanda yerləşdirilən sözügedən təyyarə, təlimlər zamanı "maskalanmış düşmən qüvvələrinin tapılması, təyin olunan hədəflərin bombalanması və qurudan raket hücumlarının qarşısını almaq" kimi vəzifələri yerinə yetirəcək.
Rusiya ilə Tacikistanın avqust ayında Əfqanıstan sərhədində keçirəcəyi təlimlər, Talibanın bu ölkədəki geniş torpaqları ələ keçirdiyi bir dövrə təsadüf edir. Taliban qüvvələrinin nəzarəti ələ keçirdiyi yerlər arasında Tacikistanla sərhəddə bir keçid məntəqəsi də var.
ABŞ qüvvələrinin Əfqanıstandan keçməsindən sonra Talibanın bu irəliləməsi Rusiyanın Orta Asiyadakı müttəfiqləri üçün ciddi təhlükədir.
Eyni zamanda, modernləşdirilmiş Su-25 təyyarələri əvvəllər Suriyadakı münaqişə şəraitində istifadə edilmişdi. Məlumdur ki, hazırda Rusiya ordusunda təxminən 200 Su-25 var.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə