İsrailin hərbi cinayət işlədiyi iddia edilir

İsrailin Qəzza zolağına etdiyi hücumlarda fələstinli ailələrin bütün üzvləri ilə birlikdə məhv edildiyi qeyd edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin hücumlar zamanı 63 fələstinlinin öldürüldüyü vurğulanıb.

Xatırladaq ki, İsrailin blokadada olan Qəzza zolağına 10 mayda başladığı hücumlar, Həmas ilə əldə edilən atəşkəsə uyğun olaraq 21 mayda sona çatıb.

11 günlük İsrail hücumları zamanı 66-sı uşaq və 39-u qadın olmaqla 254 fələstinli həyatını itirib və iki minə yaxın insan yaralanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə