"Qiyamət günü təyyarələri" istehsal olunmağa başlandı - RUSİYADA

Rusiya nüvə müharibəsi baş verəcəyi halda qoşunlara komandanlıq edəcək yeni bir təyyarənin istehsal olunmasına başlandığını bildirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, istehsalda olan bu təyyarələr nüvə müharibəsi kimi quruda böyük dağıntılara səbəb olacaq vəziyyətlər üçün hazırlanıb. Buna görə yeni istehsal olunan bu təyyarələr “qiyamət günü təyyarələri” adlandırılır.

Bu haqda məlumat Rusiyanın müdafiə sənayesindən “ RİA Novosti” xəbər agentliyinə bildirilib. Ölkənin hava və kosmik qüvvələrində hava komandanlığı nöqtəsi olaraq istifadə ediləcək 2 yeni Il-96-400M təyyarəsi olacaq.

Bu təyyarələrdən birinin hazırda istehsal olduğunu bildirilir. Qeyd edək ki, təyyarlərdən daha birinin istehsal olunması gözlənilir.

Nüvə müharibəsi vəziyyətində bir komanda mərkəzi olaraq istifadə ediləcək və qoşunları yerdən idarə etmək mümkün olmayacaq bu təyyarələrin yerləşdiyi layihənin adının "Zveno-3" olduğu məlumdur.

“Qiyamət günü təyyarəsi”olaraq bilinən bu yeni Il-96-400M təyyarələri, hazırda hava qüvvələri tərəfindən istifadə edilən Il-80 təyyarələrini əvəz edəcəkdir. Sözügedən təyyarələr, nüvə müharibəsi zamanı ölkənin və ordunun başındakı yüksək vəzifəli məmurların boşaldılmasında istifadə etmək üçün nəzərdə tutulub.

Yeni İl-96-400M təyyarəsinin uçuş məsafəsi Il-80-dən iki dəfə çox olacağı bildirilir. Bu təyyarələrin havada yanacaq doldura biləcəyi də qeyd olunur. Təyyarənin radio sistemi, sifarişlərin strateji hava qüvvələri, raket qüvvələri və nüvə silahlı sualtı qayıqları da daxil olmaqla vahidlərə bölünüb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə