Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub

Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub

Rusiyada ötən stuka ərzində koronavirusa 24 072 yoluxma halı qeydə alınıb. "TASS" ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 126 541 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusa 779 nəfər vəfat edib, 18 678 nəfər isə sağalıb. Koronavirusdan ölənlərin ümumi sayı 153 874, sağalanların sayı isə 5 490 634 nəfər təşkil edir.

Bildirilir ki, hazırda 482 033 nəfərin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə