Lavrovdan Əfqanıstan açıqlaması

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın Əfqanıstanda qoşun yerləşdirmək və ya bu ölkə ərazisindəki terrorçuları hədəf almaq ehtimalını düşünmədiyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lavrov Rusiya mətbuatına açıqlamasında deyib: "Heç kim Əfqanistan ərazisinə edilən hər hansı bir nöqtə zərbəsini qiymətləndirmir, heç kim Əfqanıstana hərbi müdaxiləni düşünmür. Siz bizi Amerikalılarla və ya Sovet dövründə yaşadığımız təcrübə ilə qarışdırırsınız. Rusiya cəmiyyətində sərhəd təhlükəsizliyi və digər bütün ölkələrin təhlükəsizliyi milli ideologiya çərçivəsində daxili razılaşmalar yolu ilə təmin olunur. Müttəfiqlərimiz Tacikistan və Qırğızıstan qarşısında öhdəliklərimiz var. Bu öhdəliklərimizi Kollektiv Təhlükəsizlik Müqaviləsinə uyğun olaraq yerinə yetiririk. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərindən hər hansı birinə hücum olacağı təqdirdə, bu təcavüzü yatırmaq üçün lazımi tədbirlər barədə təcili danışıqlar aparılır”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə