“…Belə görünür ki, bu gün erməni quruluşu, erməni cəmiyyəti sülh müqaviləsini qəbul etməyə meyllidir”.
Bildirək ki, bu fikirləri Ermənistan siyasi və iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Beniamin Poqosyan bildirib. Onun fikrincə, Qarabağdakı müharibədən sonrakı "status-kvo"nu düzəltmək istəyən Avropa Birliyi ermənilərə ayrılan 2,6 milyardlıq yardımı erməni cəmiyyətini 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı yenidən nəzərdən keçirmək istəyindən yayındırmağa hesablayıb. (Ermənilərdə elə düşünürdülər ki, Avropa onları çox istəyir deyə, bu qədər avronu “xəzəl kimi” tökür onların qabaqlarına...)
Poqosyana görə, İrəvandan sonra Bakıda olan Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin “..., lazım gələrsə, Ermənistan və Azərbaycana dövlət sərhədlərinin delimitasiyası işində kömək edə bilməsi” barədə səsləndirdiyi fikirlər və ümumiyyətlə bu fikirlər altında “gizlənən bəzi sirlər” də nəzərdən qaçmamalıdır. Erməni siyasətçinin fikrincə, burada Avropa Birliyinin əsas mesajı, deyildiyi kimi, mövcud status-kvonu sabitləşdirməkdir. Bunun üçün birlik müəyyən addımlar atmağa, xüsusən də tərəfləri maliyyə mənbələri ilə təmin etməyə hazırdır.
Poqosyan hesab edir ki, Ermənistana 2,6 milyard avro kredit və qrant ayrılması məhz bu hədəfi həyata keçirir. Yəni bu Ermənistanda müəyyən bir iqtisadi böyüməni, vətəndaşların rifah halının yüksəlməsini təmin etməyə hesablanıb: “...nəzərə alsaq ki, 5 il ərzində ölkəyə orta hesabla təxminən 500 milyon vəsait axacaq, bu iqtisadi aktivliyi təmin etmək üçün əhəmiyyətli bir məbləğdir”.
Erməni siyasətçinin fikrincə, bu, ümumi əhalinin 10 Noyabr 2020-ci ildə formalaşan status-kvo dəyişikliyi haqqında daha az düşünməsi və daha çox şəxsi rifahın yaxşılaşdırılmasına yönəldilməsi üçün edilir.
Yəni Poqosyana görə, Ermənistanda sosial həyatın yaşılaşdığını görən erməni əhli, bundan sonra daha Qarabağ haqda nə düşünməyə, nə də bu torpaqlar uğrunda döyüşməyə həvəs belə göstərməyəcək. Qeyd edək ki, bu erməni “başbilənlərindən biri”, Ermənistan siyasi və iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Beniamin Poqosyanın qənaətidir.
...Azərbaycanın mövcud status-kvodan razı qaldığını bildirən mərkəz rəhbəri Avropa Birliyinin bu ölkəyə ayırdığı 150 milyon avroya belə ehtiyacı olmadığını da gizlətmir. Azərbaycanın erməni işğalından azad etdiyi torpaqlarına qoyduğu investisiyaların həcminə diqqət çəkən Poqosyanun “atasına od vuran” isə müxtəlif beynəlxalq, o cümlədən Avropa şirkətlərinin də Azərbaycanın geriyə aldığı ərazilərə qoyacaqları investisiyalarla bağlı apardıqları fəal danışıqlardır.
“Bu gün Bakını bir şey maraqlandırır – tezliklə sülh müqaviləsinin imzalanması və Sovet İttifaqı sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünün tanınması, yəni Ermənistanın Qarabağdan qəti şəkildə imtina etməsi...”. Təbii ki, erməni Beniamin Poqosyan bu günün elə də uzaqda olmadığını da istisna etmir.
...Siz elə bilirdiniz Avropa Birliyi 2,6 milyard avrosunu adı it dəftərində belə olmayan erməniyə elə-belə verir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB