Rusiya yeni tankını Qara dənizdə sınaqdan keçirib

"Rosteş"in mətbuat xidmətinin verdiyi açıqlamada, Sprut-SDM1 yüngül üzən tankının Qara dənizdə aparılan sınaqlarının ilk mərhələsinin uğurla başa vurulduğu ifadə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada yeni tankın suda yüksək hərəkətlilik göstərdiyi qeyd edilib.

Açıqlamaya görə, tezliklə başlayacaq sınaqların ikinci mərhələsi çərçivəsində tankdakı 2C25 tipli 125 mm-lik avtomatik tank əleyhinə silahın istismarı və hərəkətsiz və çətin dəniz şəraitində istifadəsinin effektivliyi izləniləcək.

Sprut-SDM1 atəş gücünə görə T-80 və T-90 tipli tanklardan geri qalmır və quruda və suda hərəkətliliyə görə BMD-4M amfibiya avtomobilinin səviyyəsinə oxşarlıq göstərir.

Yeni tank kəşfiyyat, basqın və ya irəliləyən dəstələrin bir hissəsi kimi işləmək, müdafiəni manevr etmək, su maneələrini aşmaq, amfibi əməliyyatları, zona nəzarəti kimi çətin taktiki tapşırıqları yerinə yetirməyə qadirdir.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə