Yoluxmaların sayı pik həddə çatdı

Hollandiyada 3 həftə öncə karantin qaydalarında yumşalmalar oldu. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra yoluxmaların sayı pik nöqtəyə çatıb. Gecə klublarının açılması gənclərin yoluxmasının yolunu açıb.

Ötən şənbə günü bir gündə yoluxanların sayı on mindən çox olub. Bu dekabrdan bəri ən yüksək göstəricidir. Hollandiya Baş naziri yoluxmaların Avropa ölkələri içərisində bu qədər yüksək olmasına görə üzr istəyib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə