Venesuelada müxalifətin əsas nümayəndəsi olan Fredi Quvera saxlanılıb. SİA xarici mediaya istinadən xəbər verir ki, o paytaxt Karakasda şəxsi avtomobilində saxlanıb. Ölkədəki sol partiyanın nümayəndələri onu “ekstermist qruplar”la və xarici hökumətlərlə əlaqədə olması ilə bağlı təqsirli görürlər. Müxalifət lideri Juan Quaydo Quvera ilə yaxın əlaqədədir. Lakin o, heç bir yardım edə bilməyib. O Quveraya yaxınlaşmaq istəsə də silahlı dəstələr onu hədələyərək buna icazə verməyib. Fredi Quvera terror cinayəti, konstitusiya qaydalarına qarşı olmaq kimi ciddi məsələlər səbəbi ilə ittiham olunur.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB