Rusiya Prezidenti Vladimir Putin əhalinin gəlirlərinin kəskin dərəcədə artmasına və “geridə qalan” regionlar siyahısında olan bölgələrə investisiyaların artmasına nail olmağı tələb edib. SİA TASS-a istinadən xəbər verir ki, belə bir maddə hökumət üzvləri ilə görüşdən sonra verilən təlimat siyahısında yer alır.
Sənəddə deyilir ki, hökumət "sosial-iqtisadi inkişaf səviyyəsi Federasiya üzrə orta səviyyədən aşağı olan bölgələrin sosial-iqtisadi inkişafı proqramlarının həyata keçirilməsini və konkret hədəf nəticələrinin əldə edilməsini" təmin etməlidir.
Keçən il Vladimir Putin orta sinifə aid edilə bilən rusiyalıların payının 70%-i keçdiyini qeyd edib. O, minimum əmək haqqına əsaslanan Dünya Bankı metodologiyasına istinad edib. Minimum əmək haqqının Rusiya səviyyəsini nəzərə alsaq, orta sinif kateqoriyasına daxil olmaq üçün ayda 19 min rubl əldə etməlisən.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB