Rusiya vətəndaşları yeni və daha böyük ödənişlər ala bilərlər- söhbət 100 min rubla qədər olan vəsaitdən gedir. SİA Rusiya mediasına istinadən xəbər verir ki, ödənişlərin ümumi məbləğinin 500 milyard rubldan çox olacağı gözlənilir. Ekspertlər Prezidentin müraciətində yeni ödənişləri elan edəcəyinə əmindirlər.
Belə ki, koronavirus pandemiyası fonunda, keçən il rusiyalıların real gəlirləri xeyli azalıb. Analitiklərə görə, vətəndaşların gəlirlərinin azalması fonunda əlavə sosial ödənişlər olmasa sosial narazılıqlar güclənə bilər.
Sosioloqlar hesab edirlər ki, bu il sosial dəstək üçün 500 milyard rubl əlbətdə yaxşı bir puldur, lakin 2 trilyon rubl ayrılması daha yaxşı olardı.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB