Kanada hökuməti xarici vətəndaşlar üçün ölkəyə giriş qadağasını 21 yanvaradək uzadıb

Kanada hökuməti yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar digər dövlətlərin vətəndaşları üçün ölkəyə giriş qadağasını 21 yanvaradək uzadıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlığın təmin edilməsi naziri Uilyam Blerin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ istisna olmaqla digər ölkələrdən Kanadaya giriş məhdudiyyəti 2021-ci il yanvarın 21-dək uzadıldı". Həmçinin qeyd edilir ki, ABŞ vətəndaşlarının 21 dekabr tarixinədək qüvvədə olan Kanadaya giriş qadağasının müddətinin uzadılması da istisna edilmir.

Qeyd edək ki, digər dövlətlərin vətəndaşları üçün Kanadaya giriş qadağası koronavirus pandemiyası ilıə əlaqədar martın 16-sı tətbiq edilib və bir neçə dəfə müddəti uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...