Rusiyada bir gündə 5462 nəfər koronavirusa yoluxub

Ötən gün Rusiyada 5462 nəfərdə koronavirus infeksiyası aşkar edilib. SİA xəbər verir ki, gün ərzində 95 xəstə vəfat edib, 8114 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada (690) qeydə alınıb. Ümumilikdə Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 845 min 443-ə, sağalanların sayı isə 646 min 524-ə çatıb. Ölkədə 14 min 58 nəfər bu xəstəlikdən vəfat edib. Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə