Moldovada sorğular İqor Dodonun növbəti prezident seçkilərində qalib gələcəyini göstərir

Moldovada keçirilən rəy sorğusunun nəticələrinə görə, xalqın böyük hissəsi İqor Dodonun növbəti prezident seçkilərində qalib gələcəyini düşünür.

SİA xəbər verir ki, IMAS şirkətinin apardığı rəy sorğusunda İqor Dodona etimad göstərənlər əhalinin 50,5 faiz təşkil edib. İkinci yerdə 29,2 faizlə Baş Nazir Mayya Sandu, üçüncü yerdə isə 11,4 faizlə Renat Usatıy qərarlaşıb. Sorğuda 1105 respondent iştirak edib.

Qeyd edək ki, Moldovada Prezident seçkisi noyabrın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə