İranda koronavirusdan daha 162 nəfər ölüb

İranda ötən sutka ərzində daha 162 nəfər koronavirusdan (COVID19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 10 672 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 536 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 225 205 nəfərə çatıb. Virus daşıyıcılarından 3 037 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 186 180 nəfər koronavirusdan sağalıb.

Sadat Lari Xuzistan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hörmüzqan, Buşehr, Rəzəvi Xorasanı və Kirmanşah vilayətlərində vəziyyətin ağır olduğunu deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,63 milyondan çox test həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...