Putin koronavirusla mübarizədə əsas vəzifəni açıqladı

Rusiya Prezidenti Vladimir Putin, koronavirusla mübarizədə əsas məsələnin insanların təhlükəsizliyini və sağlamlığını təmin etmək olduğunu söyləyıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə "Rusiya 24" kanalı məlumat yayıb.

"Bir daha diqqət yetirəcəyəm, bütün qərarlarımız təhdidlə mütənasib və vəziyyətə uyğun olmalıdır. Əsas məsələ Rusiya vətəndaşlarının təhlükəsizliyi və sağlamlığıdır", deyə Putin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə