Türk ordusu mühasirədə "Geri çəkilməyəcəyik!"

Türk ordusu mühasirədə "Geri çəkilməyəcəyik!"

Türk ordusu Suriyada rejim qüvvələri tərəfindən mühasirəyə düşüb. SİA xəbər verir ki, İdlibdə dörd türk müşahidə məntəqəsi və iki hərbi mövqe Suriya rejim qüvvələrinin nəzarəti altına düşüb. Bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlama verib. O bildirib ki, bütün bunlara baxmayaraq türk ordusu müşahidə məntəqələrini tərk etməyəcək.

Nazir bildirib ki, Türkiyə bu addımlara qarşılıq daha sərt addımlarla çıxış edəcək. Akar əsgərlərin öz missiyalarına davam edəcəklərini vurğulayıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə