Nigeriyada terror: ölən və yaralananlar var

Nigeriyanın yerli kanalında yayılan xəbərlərə görə, ölkənin şimal-şərqindəki Borno əyalətində səhər namazı üçün toplaşan məscid camaatına bomba hücumu həyata keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qvoza vilayətində məscidin qarşısındakı bombanın partlatması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Qeyd edək ki, bu terroru həyat keçirməkdə Boko Haram terror təşkilatı şübhəli bilinir.

Bildirək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haram terror təşkilatı tərəfindən edilən kütləvi zorakılıq hadisələrində 20 mindən çox insan həyatını itirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...