Hindistanda naməlum şəxslərin Cəvahirləl Nehru adına Universitetə 40-dan çox insanın xəsarət alması ilə nəticələnən hücumundan sonra ölkənin müxtəlif şəhərlərində kütləvi tələbə çıxışları başlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazlar Mumbayda, Aliqarhda, Punedə, Kəlküttədə, Heydərəbadda qeydə alınıb.
Tələbələr hücumun təqsirkarlarını dərhal cəzalandırmağı tələb edərək nümayişlər təşkil edirlər. Nyu-Dehlidə bir neçə yüz insan asayiş keşikçilərini "fəaliyyətsizlikdə və talançılara yol verməkdə" ittiham edərək şəhər polisinin qərargah binası qarşısında aksiyaya toplaşıb.
Qeyd edək ki, bazar günü axşam satlarında maskalı 60-70 naməlum şəxs Nyu-Dehlinin aparıcı ali məktəblərindən birinin universitet şəhərciyinə hücum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB