Çin kosmosa iki peyk buraxıb

Bu gün Çin “BeiDou-3” (BDS-3) naviqasiya sisteminin iki peykini orta yüksəklikdə orbita buraxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cənub-qərbindəki Siçuan əyalətində yerləşən Siçanq Peyk Buraxma Mərkəzindən qaldırılan hər iki peyk nəzərdə tutulan orbitlərə müvəffəqiyyətlə yerləşdirilib.

Gələn il qurulması hədəflənən “BeiDou” naviqasiya sistemi çərçivəsində indiyədək 51 peyk orbitə çıxarılıb. İndiyədək adıçəkilən sistemin üç nəsil peykləri hazırlanaraq Yer ətrafı orbitlərə yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə