Bəhreynin şahzadəsi Salman Bin Hamid Əl-Halifə Ankaraya rəsmi səfərə gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan Vəliəhd Əl-Halifəni dünən rəsmi mərasimlə qarşılayıb. Mərasimdən sonra baş nazir Ərdoğan və Əl-Halifə, ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriblər.
Baş nazir Ərdoğan, keçirilən birgə mətbuat toplantısında başda Tunis və Misir olmaqla bölgədəki olayları dəyərləndirib. Ərdoğan, daimi sabitliyin yaranmasının, təməl haqq və azadlıqlara göstərilən hörmətlə mümkün ola biləcəyinə işarə edərək bildirib ki, dost və qardaş ölkələrdə çoxlu sayda insanın həlak olması bizdə dərin kədər yaratdı. Bir ölkədə daimi sabitlik xalqın dincliyi və rifahın təmin edilməsi ilə mümkün olar.
"İnsanların təməl haq və azadlıqları təmin olunmalıdır, amma bu haqlardan istifadə edilərkən zorakılığa yol verilməməlidir. Bu çərçivədə demokratikləşmə və islahatlar həyata keçirilməsi üçün atılan addımlara da işarə etdik"-deyə baş nazir Ərdoğan vurğulayıb.
Bəhreynin vəliəhdi isə Misirdə 30 ildə həyata keçirilə bilməyənin gənclər tərəfindən 15 gün ərzində gerçəkləşdirildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə