“Ukrayna Hava Yolları” aviaşirkətinin Kiyev-Tiflis reysini yerinə yetirən təyyarəsi Tiflis beynəlxalq hava limanında qəza enişi edib. APA-nın məlumatına əsasən, buna səbəb təyyarənin əyləc sistemində yaranmış texniki problem olub.
Təyyarə Tiflis ətrafında 3 dəfə dairə vurub və 35 dəqiqə gecikmə ilə yüksək sürətlə hava limanına enə bilib. Hadisə yerinə xilasetmə xidməti cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Texniki yoxlamadan sonra təyyarənin Tiflis-Kiyev reysini yerinə yetirib yetirməyəcəyi məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB