Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti Suriyaya səfər edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, onların prezident Bəşər Əsəd və parlament sədri ilə görüşləri planlaşdırılır. Nümayəndə heyətinə Suriya parlamenti ilə Dostluq Qrupunun əlaqələndiricisi Dmitri Sablin (Vahid Rusiya), Dumanın vətəndaş cəmiyyəti, ictimai və dini birliklər üzrə komitəsinin sədri Sergey Qavrilov (Kommunist Partiya), informasiya siyasəti komitəsinin sədr müavini Alexander Yuşşenko (Kommunist Partiyası) və rusiyalı həkimlər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB