"Əgər xalq mənə inanmasaydı, seçkilərdə iştirak etməzdim." Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov deyib. "Seçiləcəm, ya da əksinə, ancaq mən Kadırov olaraq qalacağam. Hər halda əminəm ki, seçkilər uğurlu keçəcək. Mən öz xalqıma etibar edirəm, xalq da Kadırova inanır. Əgər mən inanmasaydım və öz xalqıma etibar etməsəydim, bu seçkilərdə iştirakı qəbul etməzdim", - Kadırov qeyd edib.
Çeçenistan lideri respublikanın ilk birinci Əhməd Kadırovun yolu ilə davam edəcəyini bildirib: "Məndə seçkilərdən sonra heç nə dəyişməyəcək və yeni heç nə olmayacaq. Mən bunu bacarıram, edirəm və edəcəyəm. Mən Rusiya qəhrəmanı Əhməd Kadırovun yolunu sonuna kimi davam etdirəcəyəm. Əgər məni seçməsələr, elə edəcəyəm ki, komanda mənə deyəcək. Mən piyadaçıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB