Türkiyə prezidenti avqustun ortalarında rusiyalı həmkarı ilə görüşəcəyini açıqlayıb
"Bu il avqust ayın ortalarında Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıram". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France 24" telekanalına müsahibəsində bildirib.
"Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları rusiyalı həmkarları ilə bu mövzuda danışıqlar aparırlar. Əlbəttə, Türkiyədə yaşanan son hadisələr səfərin vaxtına təsir göstərə bilər. Lakin hesab edirəm ki, gözlənilməz hal baş verməzsə, təxminən avqustun ortalarında görüşəcəyik", - deyə Türkiyə prezidenti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB