Rusiya Suriyada qan tökməyə hazırdır

Rusiya Suriyada qan tökməyə hazırdır

Rusiya Suriya ilə hərbi yardım məsələlərini nəzərdən keçirməyə hazırdır. SİA Gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin spikeri Dmitri Peskov mətbuata verdiyi açıqlamada bildirib ki, əgər Suriya Rusiyaya hərbi yardım məqsədilə müraciət etsə Rusiya sözsüz bu müraciəti dəyərləndirəcək. O bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallimin bəyanatına cavab olaraq səsləndirib.

O qeyd edib ki, Suriya tərəfi belə bir tələblə çıxış edə bilər və əgər məsələ müzakirəyə çıxarılsa ikitərəfli və dialoq çərçivəsində həyata keçiriləcək.

Məlumata görə, artıq ABŞ-ın müdafiə Naziri Eşton Karter və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə