Gülün sonuncu Sərəncamı- Pentaqon yaradılsın

Gülün sonuncu Sərəncamı- Pentaqon yaradılsın

Türkiyə prezidenti Abdullah Gül vəzifədən getməzdən əvvəl Türkiyə Silahlı Qüvvələrində dəyişikliklərin edilməsi ilə bağlı sərəncam verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeni Sərəncamda Türkiyədə ABŞ-ın Müdafiə Nazirliyi Pentaqona bənzər qurumun yaradılması məsələsi yer alıb.

Sənədə görə, Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi və digər güc strukturları eyni kampusda fəaliyyət göstərəcək.

Xatırladaq ki. avqustun 10-da Türkiyədə prezident seçkiləri keçirilib. Seçkilərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səs toplayaraq ölkənin yeni prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə