İdlibdə güclü partlayış baş verib: 40 ölü

60-dan çox yaralı var
İdlibdə güclü partlayış baş verib: 40 ölü

Suriya-Türkiyə sərhədində çox sayda insanın ölümü ilə nəticələnən güclü partlayış baş verib. Suriyanın İdlip şəhərinin yaxınlığındakı Atmə qəsəbəsinin bazarında meydana gələn partlayışda 40 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir.

Atmə qəsəbəsi bazarında meydana gələn dəhşətli hadisə, bomba yüklü avtomobilin partlaması nəticəsində baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu vurğulanır. Ətrafdakı bir çox sayda avtomobilə və iaşə obyektlərinə də zərər dəyib. 60-dan çox isə xəsarət alan var ki, onları da yaxınlıqdakı xəstəxanalara çatdırıblar.

Qeyd edək ki, yaralılardan bəziləri Suriya-Türkiyə sərhədindəki Cilvəgözü sərhəd-keçid məntəqəsindən keçirilərək Hataydakı müxtəlif xəstəxanalara aparılıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə