Dostu məhkəmədə ondan yarısını aldı, amma hansı üsulla?
Lotereyada 1,7 milyon dollar uddu

İngiltərəinin York şəhərindəki "Kapadokya" restoranında ofisiant işləyən Fatih Özacanın arzusu varlanmaq, milyonçu olmaq, özünün dediyi kimi, "normal həyat" yaşamaqdır. O, hər səhər alatoranda yuxudan ayılıb işə yollanmaqdan, şər qarışanda da yorğun-arğın evə qayıtmaqdan bezmişdi. Ofisiant Fatihin əslində evi də yoxdu: o, kirayədə qalırdı. Kiçik, qutu boyda otaqda.

O arzusunu reallaşdırmaq üçün "EuroMillions" lotereyasında bəxtini sınamaq qərarına gəlib. Ertəsi gün işə yollanan Fatih restoranın sahibi Hayati Küçükoğluna istəyini deyib. O da "Niyə də yox, al, bəxtini sına!" söyləyib. Fatih Özacan supermarketə yollanaraq 9 funta bilet alıb. Və həmin bilet ertəsi gün 1 milyon funt-sterlinq udub.

Hər şey bundan sonra başlayıb. Hayati Küçükoğlu uduşun yarısını tələb edib. İş məhkəməyə gedib. Məhkəmənin qərarına görə, uduş Fatihlə Hayati arasında bölünməli, onların hər birinə 500 min funt çatmalıdır. "Uduşlu biletin dəyərinin yarısını mən vermişəm, üstəlik variantların da yarsını mən demişəm, Fatih də yazıb. İndi xeyir ola - uduş niyə ona çatmalıydı?! Məhkəmə ədalətli qərar verdi", - Hayati Küçükoğlu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə