İkinci təzminat iclası Təl Əvivdə olacaq

İkinci təzminat iclası Təl Əvivdə olacaq

İsrailin Mavi Mərmərədə gəmiyə hücum etməsilə əlaqədar Türkiyədən üzr istəməsinin ardınca ödəyəcəyi təzminatla bağlı ikinci görüş bu gün Təl-Əvivdə keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşlə əlaqədar Türkiyənin xarici işlər nazirliyinin rəsmisi Fəridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətinin bu gün Təl Əvivə rəsmi səfəri başlayıb. Görüş zamanı İsrailin baş nazir Binyamin Netanyahunun məsləhətçisi Cozef Ciechanoverlə Milli Təhlükəsizlik Şurasının rəhbəri Yaakov Amidror təmsil edəcək.

Qeyd edək ki, ilk görüşün ardınca mətbuata açıqlama verən Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, Türkiyənin təzminatın ödənilməsilə bağlı hazırladığı sənədlər İsrail tərəfindən qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə